|
Mayın 3-4-ü tarixlərində Strasburqda Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsi və 5-6 may tarixlərində Mədəni İrs üzrə Rəhbər Komitənin növbəti iclasları keçiriləcək. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya nazirliyin mətbuat xidmətindən veriblər.
İclasın gündəliyinə Avropa Şurasının Mədəniyyət sahəsi üzrə hökümətlərarası işi üçün yeni strukturlar, prioritetlər və iş əlaqələri, əldə olunmuş nailiyyətlər, 2012-2013-cü illər üçün mədəniyyət siyasəti, mədəniyyətlərarası dialoq, mədəni marşrutlar üzrə Hissəvi Saziş və s. kimi məsələlər daxil edilib. Tədbirdə ölkəmizin iştirak etdiyi layihələrlə yanaşı, Bakıda keçirilmiş “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuâ€�nun nəticələri də müzakirə olunacaq.
|