|
ABŞ prezidenti Barak Obama Osmanlı Türkiyəsində 1915-ci ilin hadisələrinin qeyd olunduğu 24 aprel günü etdiyi ənənəvi müraciətində “soyqırımıâ€� sözünü işlətməkdən növbəti dəfə yayınıb. Prezident əvəzində 1915-ci il hadisələrini “dəhşətli qırğınâ€� adlandırıb. ABŞ prezidenti ölkəsinin yaxın müttəfiqi Ankara ilə Amerikada çoxsaylı erməni diasporu olan Yerevan arasında “balansâ€� yaratmaq üçün “soyqırımıâ€� sözünü işlətməsə də, bəyanatın mətni kifayət qədər kəskin olub və Türkiyəni hiddətləndirib. Bu barədə «KƏLAMİNFO» «BBC»-yə istinadən məlumat yayıb.
Barak Obama deyib ki, “mübahisəli tarix bu günün sabitliyini pozur və həyatları əllərindən alınmışların xatirəsini ləkələyirâ€�. Prezident Ankaranı həmin hadisələri “tamâ€� şəkildə tanımağa çağırıb. Barak Obama özünün ilk prezident seçkisi kampaniyasında Ağ evə sahiblənərsə, “soyqırımıâ€� sözünü dilə gətirəcəyini vəd etmişdi. Lakin növbəti seçkilərə çox uzun müddət qalmadığı bir vaxtda o, yenidən “soyqırımıâ€� sözü olmayan bəyanat verib: “Mən 1915-ci ildə baş verənlərə öz münasibətimi israrla bildirmişəm. Mənim həmin tarixə baxışım dəyişməyib. Faktların tam, səmimi və ədalətli şəkildə qəbul edilməsi bizim hamımızın marağındadırâ€�. Barak Obama öz bəyanatında “qırğınâ€� sözünü ermənicə - “Meds Yeğernâ€� şəklində səsləndirib.
Barak Obamanın 24 aprel müraciətinə Türkiyənin reaksiyası çevik və sərt olub. Bu ölkənin Vaşinqtondakı səfiri Namiq Tan deyib ki, o, “1915-ci ilin hadisələrinə Barak Obamanın tarixin bu cür qeyri-dəqiq, saxtalaşdırılmış və birtərəfli siyasi təfsirini verməsindən dərin təəssüf hissi keçirirâ€� və “bunu əsassız və qeyri-məqbulâ€� hesab edir: “ABŞ münasibətlərin normallaşmasını və dialoqu həvəsləndirmək əvəzinə, bunları birtərəfli və siyasi motivli bəyanatlarla əngəlləyirâ€�. Amerika Ermənilərinin təşkilatı olan Erməni Assambleyası da Barak Obamanın bəyanatından narazılıq ifadə edib. Təşkilatın bəyanatında deyilir ki, prezident öz vədlərinə ehtiram nümayiş etdirmək üçün daha bir imkanı əldən verib.
|