|
Xalq şairi Balaş Azəroğlu dünən günorta saatlarında 90 yaşında vəfat edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. İlk mətbu şeri “Dneprâ€� 1937-ci ildə Bakıda çapdan çıxıb.
1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). İran Xalq Partiyasına daxil olur (1942). “Azərbaycan zidd faşist cəmiyyətiâ€�nin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir (1943). Bu cəmiyyətin orqanı “Yumruqâ€� qəzetinin redaktoru olur. “Vətən yolundaâ€� qəzeti redaksiyasının müsabiqəsində “Səttarxanâ€� şerinə görə mükafata layiq görülür.
Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdətâ€� qəzetinin redaktoru, “Şairlər məclisiâ€�nin Ərdəbil şöbəsinin rəhbəri olub (1943-1945).
Təbrizdə Milli hökumət tərəfindən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunub. 1981-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb. İttifaqın İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri olub.
Şairlə vida mərasiminin Yazıçılar Birliyində keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, şair 1997-ci ildə “Şöhrətâ€� ordeni ilə təltif olunub.
|