|
Azərbaycan parlamenti tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunlar qəbul edilməsinə baxmayaraq, bu problemi təkcə qanunvericilik aktları ilə həll etmək olmaz. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
O qeyd edib ki, Azərbaycanda ailə cəmiyyətin yüksək dəyərlərindən biridir, lakin təəssüf ki, son vaxtlar bu sahədə cinayət faktları artıb. “Burada təbliğat işləri genişləndirilməli, kişi və qadınların düşüncəsinin, onların ailədə bir-birilərinə münasibətlərinin dəyişdirilməsi üzrə tədbirlər keçirilməlidir. Cəmiyyət dövlətlə bir işləməli, məişət zorakılığı faktlarını ciddi şəkildə pisləməlidirâ€� –deyə B.Muradova vurğulayıb. Vitse-spiker deyir ki, hüquq-mühafizə orqanları qanuna əməl olunmasını izləməlidir. “Qanunda nəzərdə tutulan tədbirlərin daha çevik və yubanmadan aparılması vacibdir, əks halda bu məsələdə kifayət qədər yaranan boşluqlar problemlər ortaya çıxarırâ€� - deyə o, əlavə edib.
|