|
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesini hələ də məqbul sayır. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə açıqlamanı Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib. Ə.Əhmədov deyib ki, münaqişə davam edir və danışıqlar prosesi də problemin həlli variantlarından biridir.â€�Təəssüf ki, indiyə kimi aparılan danışıqlarda nəticə əldə olunmayıb. Buna da səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistanın apardığı siyasət göstərir ki, onlar qeyri-konstruktiv mövqedən əl çəkmək niyyətində deyillərâ€�,-deyə Ə.Əhmədov vurğulayıb. YAP funksioneri qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq danışıqları davam etdirəcək. “Ancaq bunun üçün Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli və Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdırâ€�,-deyə Ə.Əhmədov vurğulayıb.
|