|
Prezident İlham Əliyev bu gün Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib. “KƏLAMİNFOâ€� xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd olunub, bu baxımdan komissiyanın Bakıda keçirilən 9-cu iclasının önəmi vurğulanıb. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
|