|
Əhalinin banklara qoyduğu əmanətlərin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 29.7 faiz artaraq mart ayının 1-nə 3.1 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 44.5 faiz, xarici valyuta ilə 18.8 faiz artaraq müvafiq olaraq 1.5 milyard və 1.6 milyard manat olub.
“KƏLAMİNFOâ€�nun məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin ötən rüblə bağlı hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, bu müddət ərzində verilmiş kreditlərin məbləği 2010-cu ilin iki ayı ilə müqayisədə 9.7 faiz artaraq 9.2 milyard manat təşkil edib. Kreditlərin 72.7 faizi uzun müddətə verilmiş, 5.6 faizinin ödəmə vaxtı keçib: “Martda 1 ABŞ dolları 0.79 manata, 1 Avro 1.11 manata, 100 Rusiya rublu 2.79 manata, yanvar-mart aylarında isə müvafiq olaraq 0.80, 1.09 və 2.72 manata bərabər olubâ€�.
|