|
“Səfiri geri çağırmasanız Türkiyəyə səfər etməyəcəmâ€�. KƏLAMİNFO CNNTürk-ə istinadən xəbər verir ki, bu sözləri Avstriya prezidenti Hayns Fişer deyib. O, mayda Türkiyəyə planlaşdırılan səfərin təxirə salına biləcəyini söyləyib.
Qeyd edək ki, noyabr ayında Türkiyənin Vyanadakı səfiri Kadri Ecvet Tezcan “Die Pressâ€� qəzetinə müsahibəsində bu ölkənin xarici vətəndaşlarla bağlı tolerantlıq siyasətini tənqid edib. Səfir ölkədəki türklərin haqsızlığa uğradığını və dövlət rəhbərliyinin inteqrasiya siyasətinin yanlışlığını qeyd edib.
|