|
Bu gün Azərbaycanın da iştirakı ilə Rusiyanın paytaxtı Moskvada Turizm sahəsində əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin Turizm Şurasının iclası keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsindən veriblər.
İclasda Azərbaycanı Turizm İdarəsinin Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir. İclasda 10-a yaxın məsələ, o cümlədən MDB-nin 20 illiyinə həsr edilmiş Tədbirlər Planı və 2011-2012-ci illər üçün humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının həyata keçirilməsinin gedişi müzakirə ediləcək.
Şura üzvləri 2012-2013-cü illərdə Birlik ölkələrində Gənclərin Beynəlxalq Əməkdaşlığı Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsi barədə təklifləri də müzakirə edəcəklər. Təkliflərin siyahısında YUNESKO-nun “Dünya irsiâ€� proqramına daxil edilmiş kulturoloji təyinatlı obyektlərin siyahısı əsasında MDB üzvü olan dövlətlərin həmin dövlətlərin ərazilərindən keçən və “Varyaqlardan yunanlara aparan yolun izi iləâ€� mövzusunda transsərhəd turizm marşrutlarının yaradılması barədə təklif də var. İclasda Birlik ölkələrinin müvafiq profilli KİV-lərinin nümayəndələri üçün Azərbaycanın regionlarına mətbuat turu təşkil edilməsi və “Belarus Respublikasının qonaq kartıâ€�nın tətbiq edilməsi üzrə işlər müzakirə ediləcək. Şuranın iclasından sonra, martın 15-də MDB məkanında mədəni-öyrədici turizmin inkişafı məsələlərində əməkdaşlıq və razılaşdırılmış siyasət formalaşdırılmasına həsr edilmiş I Beynəlxalq konfrans keçiriləcək.
|