|
Bu gün xarici işlər nazirinin müavini Araz Əzimov siyasi məsləhətləşmələr aparmaq məqsədilə Ankaraya işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, A.Əzimov səfər zamanı səfirlik tərəfindən Beynəlxalq Strateji Araşdırmalar Qurumunda (USAK) təşkil olunan “Azərbaycanın xarici siyasəti: fürsətlər və problemlərâ€� adlı konfransda və Türkiyənin Bilkent Universitetində “Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə əlaqələriâ€� adlı konfransda əsas məruzəçi qismində çıxış edəcək. Ayrıca nazir müavininin Türkiyənin KİV-nə müsahibə verməsi də nəzərdə tutulub.
|