|
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının afişalarında daha bir rejissorun adı görünəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Musiqili Komediya Teatrından veriblər. Teatrda Mark Kamolletinin “Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnirâ€� əsərini teatrın rus bölməsində əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov hazırlayacaq.
Qeyd edək ki, Əsgər Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalııb, 1990-1996-cı illərdə teatrın baş rejissoru olub. Moskvada, Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A.Qonçarovun yanında təcrübə keçdikdən sonra Akademik Milli Dram Teatrında qurluşçu rejissor vəzifəsinə dəvət edilib. Bu teatrda Viktor Rozovun “Şadlıq sorağındaâ€�, Nəbi Xəzrinin «Burla xatunâ€�, Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər…â€�, Jan Batist Molyerin “Skapenin kələkləriâ€�, A.Kamyunun “Anlaşılmazlıqâ€� və s. əsərlərinə quruluş verib.
|