|
Sabah Hindistanda dörd sessiyadan ibarət “Azərbaycan və Hindistan: Müasir dövrdə əməkdaşlığın imkanlarıâ€� mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illik yubileyi münasibətilə ölkəmizin Hindistandakı səfirliyi tərəfindən Hindistan Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Konfransın ikinci sessiyası “Azərbaycan və Hindistan xalqlarının mədəniyyət, adət və ənənələrindəki oxşarlığın tarixi, mədəni-humanitar əlaqələrin perspektivləriâ€� mövzusunda olacaq. İkitərəfli münasibətlərin hazırkı vəziyyəti, mədəniyyət, incəsənət və digər sahələrə dair fikir mübadiləsinin aparılacağı konfransda Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli iştirak edəcək.
|