|
Azərbaycanda səfərdə olan Polşa Avropa Diplomatiya Akademiyasının direktoru Katarijna Pisarska Prezident yanıda Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub.
SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, qurumun elmi heyəti ilə görüşdə xanım Pisarska rəhbərlik etdiyi Avropa Diplomatiya Akademiyasının fəaliyyəti, tədqiqat sahələri bərədə geniş məlumat verib. O qeyd edib ki, səfərində əsas məqsədlərindən biri Azərbaycanın “beyin mərkəzləriâ€� ilə münasibətlərin yaradılması və əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Polşa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərindən söhbət açan qonaq, rəsmi Varşavanın Azərbaycanı Avropanın ayrılmaz bir parçası olaraq gördüyünü bildirib/. O, 2011-ci ilin iyul ayında Polşanın Avropa İttifaqına sədrliyi dövründə “Şərq tərəfdaşlığıâ€� Proqramı çərçivəsində Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycanla münasibətlərin inkişafını prioritet olacağını xüsusi olaraq vurğulayıb.
Qonağa SAM-ın fəaliyyəti – nəşr edilən elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilib. Ona həmçinin ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən demokratik quruculuq prosesi, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair dövlətimizin mövqeyi barədə ətraflı məlumat verilib.
|