|
“Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) irəli gedərək dövlət qulluğuna qəbul imtahanlarını daha da şəffaf keçirməlidirâ€�. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Elmira Axundova bildirib.
Onun sözlərinə görə, qəbul zamanı xüsusilə müsahibə mərhələlərinə diqqət yetirilməlidir. “Burada əksər vaxtlar “qohumluq, tanışlıqâ€� prinsipləri özünü göstərir. Ona görə də müsahibə mərhələsində hansısa təhsil məsələləri ilə məşğul olan QHT üzvləri və ya millət vəkilləri müşahidəçi kimi dəvət olunmalıdırâ€�,-deyə E.Axundova vurğulayıb. O, qeyd edib ki, belə imtahanları KİV daha geniş işıqlandırmalıdır ki, prosses bütün cəmiyyətin diqqət mərkəzində olsun. “Məsələn, DQMK işini TQDK kimi tənzimləsə daha yaxşı olar. Necə ki, TQDK sədri hər qəbul imtahanından sonra mətbuat konfransı təşkil edir, bunu DQMK sədri də etsə daha münasib olarâ€�,-deyə millət vəkili iradını bildirib.
|