|
“Azərbaycanda radikal müxalifət mövqeyində olan partiyalar İranın Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı mövqelərini aydın şəkildə ortaya qoymalıdırlarâ€�. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, həmin partiyalardan bəzilərinin İranın “Səhərâ€� televiziya kanalında Azərbaycan əleyhinə edilən təbliğata bənzər mövqedən çıxış etmələri istənilən halda ölkəmiz üçün zərərlidir. “Düşərgəsindən asılı olmayaraq hər bir partiya ilk növbədə ölkəsinin mövqeyinə xidmət etməlidir. Hesab edirəm ki, Azərbaycanda bəzi müxalifət partiyaları bu məsələdə konkret mövqe göstərməlidirlərâ€�,-deyə millət vəkili vurğulayıb.
Qeyd edək ki, ötən həftə İranın “Səhər-2â€� televiziyası Azərbaycan əleyhinə silsilə verilişlər yayımlayıb.
|