|
Cari il martın 16-da Azərbaycanda “AutoShowâ€� 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi keçiriləcək. “Iteca Caspian LLCâ€�nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Xəzəryanı regionun ən böyük avtomobil sərgisi ilk dəfə olaraq “Bakı Ekspoâ€� sərgi kompleksində keçiriləcək və onun həm daxili, həm də xarici meydançalarında təşkil olunacaq.
“Iteca Caspian LLCâ€� və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group PLCâ€� şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Artıq 5 ildir ki, sərgiyə Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (“UFIâ€�) tərəfindən verilmiş keyfiyyət nişanı onun beynəlxalq statusunu bir daha təsdiq edir.
Bu il sərgi öz adi təşkilat formatını dəyişəcək. Belə ki, “AutoShowâ€� sərgisinin birinci iş günü mətbuat nümayəndələri və sərgiyə dəvət edilmiş “VİPâ€� qonaqlar üçün eksklüziv ziyarət proqramı ilə başlayacaq.
Qeyd edək ki, sərgi kompleksinin ərazisində KİV nümayəndələri üçün brifinq keçiriləcək.
|