|
Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev ABŞ Dövlət Departamentinin Azərbaycanda terror təhlükəsi ehtimalı ilə bağlı yaydığı məlumata münasibət bildirib. A.Babayev KƏLAMİNFO-ya açıqlamasında qeyd edib ki, Azərbaycanın milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.
“Bu proses ölkəmizin aidiyyəti orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat şəraitinə nəzarət olunurâ€�,-deyə A.Babayev məsələyə münasibət bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti vətəndaşlarına Azərbaycanda terrorla bağlı xəbardarlıq edib. “The Washington Postâ€� qəzeti yayıb ki, Xəzər dənizində neftlə zəngin olan keçmiş Sovet Respublikası Azərbaycanda ABŞ vətəndaşlarına qarşı terror təhdidləri mövcuddur.
Məhz bu “terrordanâ€� narahatlıq keçirən ABŞ öz vətandaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, Azərbaycanda Amerika maraqlarına qarşı potensial hücumlar ola bilər.
|