|
Ötən il ərzində Təhsil Nazirliyinin “qaynar-xəttâ€� xidmətinə 14239 müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi, “qaynar-xəttâ€�in xidmətinin koordinatoru Ənvər İmanov söyləyib.
Ə.İmanov bildirib ki, müraciətlərin 70 faizi sorğu, qalanları isə şikayət xarakterli olub. Onun sözlərinə görə, sorğular operativ olaraq cavablandırılıb, şikayətlər isə araşdırılaraq müvafiq tədbirlər görülüb. Ə.İmanov “qaynar-xəttâ€� xidmətinin və Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupun ötən ilki fəaliyyəti ilə bağlı hesabatın artıq hökumətə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildiyini söyləyib.
Qeyd edək ki, Təhsil Nazirliyndə, “qaynar-xəttâ€� xidməti ilə yanaşı, Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupu da fəaliyyət göstərir.
|