|
Sabah “2010-cu ilin dövlət büdcəsi haqqındaâ€� qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq. İclasda gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər də müzakirə olunacaq.
Qeyd edək ki, “2010-cu ilin dövlət büdcəsi haqqındaâ€� qanun layihəsinin müzakirəsi noyabrın 13-də başa çatıb, deputatların təkliflərinin dəyərləndirilməsi üçün hökumətə on gün vaxt verilib.
Xatırladaq ki, 2010-cu ilin büdcə gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində proqnozlaşdırılıb.
|