Bakıda Respublika Doğum Evinin bazasında Perinatal Mərkəz yaradılacaq. Bu barədə məlumatı Səhiyyə Nazirliyi mətbuat xidmətindən veriblər.
Respublika üzrə yaradılacaq 7 Perinatal Mərkəz Dövlət Proqramına uyğun yaradılır. Artıq Gəncə, Naxçıvan və Lənkəranda belə mərkəzlər yaradılıb. Növbəti mərkəz isə Bakıda yaradılır və əlavə olaraq daha 3 belə mərkəz yaradılacaq. Mərkəzdə hamilə qadınların və yeni doğulmuş uşaqların müayinəsi və müalicəsi aparılacaq, təhlükəsiz və sağlam doğuşlar həyata keçiriləcək.
Tezliklə açılışı nəzərdə tutulan Mərkəzdə işə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Kadrların seçilməsində ilk növbədə Respublika Doğum Evinin işçilərinə üstünlük veriləcək. Mərkəzdə işə qəbul olunmayan işçilərin isə heç biri işsiz qalmayacaq. Onlar ən azı həmin səviyyəli doğum evlərində işlə təmin olunacaqlar.
Qeyd edək ki, Mərkəz 2009-cu il noyabrın 20-i imzalanmış əmrə əsasən yaradılır.
|