İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri, İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu Qara dəniz QHT Forumunun İdarə Heyətinin üzvü seçilib. Bu barədə məlumatı İTM-dən veriblər.
Bundan sonra regional təmsilçilik əsasında formalaşan İdarə Heyətində Azərbaycanı Qubad İbadoğlu təmsil edəcək.
Qeyd edək ki, 2008-ci ildə yaradılan Qara dəniz QHT Forumuna Cənubi Qafqazın 3 dövlətindən əlavə Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova və Rusiya daxildir.
|