|
Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır. KƏLAMİNFO xəbər verir ki, bunula bağlı nazirliyinin əməkdaşları Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.
Daha sonra nazirliyin işçiləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların da xatirəsini yad ediblər, “Əbəd məşəlâ€� abidə kompleksinin önünə əklil qoyublar.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci il 16 dekabr tarixində Prezident İlham Əliyevin Sərancamına əsasən yaradılıb. Nazirlik bir sıra uğurlara imza atıb.
|