|
Bu gün “Qarabağâ€� seçki blokunun Sədrlər Şurasının Ümid Partiyasının qərargahında növbəti toplantısını keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya partiyadan veriblər.
Tədbirdə “Qarabağâ€� seçki blokunun seçki prosesində iştirakı, fəaliyyəti, bloka olan münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Yekdil rəylə “Qarabağâ€� seçki bloku buraxılmış elan olunub. Toplantıda Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli iştirak ediblər.
|