|
Son iki ildə Dövlət Film Fonduna (DFF) müxtəlif şəxsi fondlar üzrə 497 arxiv sənədi daxil olub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində DFF-nin sədri Cəmil Quliyev bildirib.
C.Quliyevin sözlərinə görə, daxil olan arxiv sənədləri Azərbaycan mədəniyyət tarixində iz qoymuş ayrı-ayrı şəxsiyyətlərin adına açılmış fondlar üzrə yerləşdirilib.
“Bunlar bilavasitə həmin insanlara aid sənədlərdir. Bu “Mikayıl Mikayılov Fonduâ€� 32 sənəd, “Səməd Mərdanov Fonduâ€� 52 sənəd, “Əkbər Fərzəliyev Fonduâ€� 36 sənəd, “Arzu Bağırov Fonduâ€� 31 sənəd, “Eldar Mansurov Fonduâ€� 42 sənəd, “Atamoğlan Rzayev Fonduâ€� 10 sənəd, “Məlik Dadaşov Fonduâ€� 190 sənəd, “Tahir Salahov Fonduâ€� 26 sənəd, “Süleyman Ələsgərov Fonduâ€� 38 sənəd və “Xan Babayev Fonduâ€� 40 sənəddən ibarət olan arxivlərdirâ€�,-deyə Fondun sədri bildirib.
C.Quliyev həmçinin qeyd edib ki, son bir il ərzində 72 saxlama vahidi həcmində filmlər daxil olub. “Bunlardan 22-i kaset şəklində, 50-i isə divikam şəklində daxil olubâ€�,-deyə sədr vurğulayıb.
|