|
Dövlət Neft Şirkəti ekalogiya sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsində model olaraq “Ekoloji parkâ€�ın tikintisini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, bu barədə ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, nativ enerji əldə etmək üçün ARDNŞ-in Ekalogiya İdarəsi tərəfindən tikintisi həyata keçirilən “Ekoloji parkâ€�da 4 ədəd orta ölçülü külək generatorları və böyük sahədə günəş panelləri quraşdırılıb. ARDNŞ təmsilçisi vurğulayıb ki, parkda yeni-yeni ideyalar meydana çıxdığı üçün ilin sonuna kimi bu proseslər başa çatdırılacaq. O, yaxın aylarda “Ekoloji parkâ€�ın açılışı keçiriləcəyini də qeyd edib.
“Həmin sahədə nativ enerji mənbələrindən istifadə olunur. İlk olaraq bu layihəni həyata keçirdik və effekt verdiyini gördük. Gələcəkdə də ARDNŞ-in bütün strukturlarında nativ enerji mənbələrindən istifadəni geniş miqysalı tətbiq edəcəyik. O cümlədən də dənizdə, neft-qaz hasilatı sahələrindəâ€�,-deyə S.Əliyev söyləyib.
|