|
“AtaSığortaâ€� şirkətinin 2010-cu ilin 10 ayı ərzində topladığı sığorta haqları 3,19 mln. manat təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “AtaSığortaâ€�dan veriblər.
Qeyd olunan rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6% çoxdur.
Hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4% azalaraq 0,51 mln. manat təşkil edib.
Şirkətin ümumi gəlirləri 4,39 mln. manat, ümumi xərcləri 3,67 mln. manat olmaqla, balans mənfəəti 0,72 mln. manat təşkil edib.
Xatırladaq ki, “AtaSığortaâ€� ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığortanın 22 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı “AtaHoldinqâ€� ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4 mln. manat təşkil edir.
|