|
Bu gün nəqliyyat naziri Ziya Məmmədov Rusiya Federasiyasına yola düşüb. Bu barədə məlumatı Nəqliyyat Nazirliyindən veriblər.
Nazirin səfərində məqsəd 18-20 noyabr tarixində Moskvada keçiriləcək Rusiya nəqliyyat təsisatının yaradılmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirlərində iştirak etməkdir.
Tədbirlər silsiləsinə “Nəqliyyat sahəsində elm və təhsil: təcrübə, problemlər və perspektivlərâ€� mövzusunda elmi-praktik konfrans, Rusiya Federasiyasının nəqliyyat kompleksinin (avtomobil nəqliyyatı, hava nəqliyyatı, dəmir yolu, dəniz nəqliyyatı) inkişafı mövzusunda konfrans, eləcə də “Rusiya nəqliyyatı-gələcəyə baxışâ€� kontekstində müzakirələr daxildir.
Rusiyaya səfər çərçivəsində Z.Məmmədov “Yol hərəkəti qaydalarının təhlükəsizliyi üzrə birinci qlobal Nazirlər Konfransıâ€� və konfrans çərçivəsində keçirilməsi nəzərdə tutulan “Yol hərəkəti təhlükəsizliyi forumuâ€� adlı sərgidə iştirak edəcək.
Noyabrın 19-da isə MDB iştirakçı dövlətlərinin XXIX növbəti əlaqələndirici nəqliyyat müşavirəsinin keçirilməsi nəzərdə tutulub.
|