|
Cari il noyabrın 19-dan 23-dək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun dəvəti ilə İranın Məşhəd şəhərində Çap və bağlama sənəti üzrə keçiriləcək I Beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Ölkəmizi təmsil etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, mətbuat katibi İntiqam Hümbətov, “Ozanâ€� Nəşriyyatının direktoru Asif Rüstəmli, Kitabxana kollektorunun direktoru Xavər Murtuzayeva, “Kür-Arazâ€� Nəşrlər Evinin baş direktoru Rəhilə Quliyeva, “Nağıl eviâ€� Nəşriyyatının direktoru Ələddin Əsədov, “Şirvannəşrâ€� Nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubuâ€�nun direktoru Elxan Rzayev, “Mədəniyyətâ€� kataloqunun baş redaktoru Leyla Əfəndiyeva, “Mütərcimâ€� Nəşriyyatının direktoru Telman Cəfərov 18-24 noyabr tarixlərinə Məşhəd şəhərinə ezam ediliblər.
|