|
Bu gün Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliğiâ€� mövzusunda Beynəlxalq elmi konfrans işə başlayır. KƏLAMİNFO xəbər verir ki, konfransda İKT üzv ölkələrində qeyri-maddi irsin qorunması və təbliğinə dair əsas fikirlər tədqiq və müzakirə ediləcək. Qeyd olunan konfransda Suriya, BƏƏ, Türkiyə, Misir, Bəhreyn, Malayziya, İordaniya, Banqladeş, Qazaxıstan, Özbəkistan və İSESCO-dan nümayəndələrin iştirakı nəzərdə tutulur. Azərbaycan tərəfindən isə tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin, İqbalâ€� İctimai təşkilatının, “Millenium Turizm Congressâ€� turizm şirkətinin nümayəndələri müvafiq mövzular üzrə təqdimatlar keçirəcəklər. Konfrans “Ramada Plaza Ganja’â€� mehmanxanasında keçirilir.
|