|
Cari ilin 01 tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7, 4 faiz artıb. Belə ki, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılıb. DSMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 011 nəfərə yüksəlib.
Fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqındaâ€� AR Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir- 974 922 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 787 089 nəfəri isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 466 824 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 416 127 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 392 574 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 343 110 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 143 376 nəfərdir.
|