|
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov “Belarusda ölüm hökmünün ləğv edilməsi yollarıâ€� mövzusunda Dəyirmi masada iştirak etmək üçün bu gün Minskə yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər.
Avropa Şurasının təşkilatçılığı ilə keçiriləcək bu tədbirdə qurumun insan hüquqları sahəsində rəhbər şəxsləri, mütəxəssisləri ilə yanaşı, Belarus Parlamentinin, Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri də iştirak edəcəklər.
|