|
Sentyabrın 17-də Azərbaycanda Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “İqtisadi inkişafın Azərbaycan modeliâ€� mövzusunda beynalxalq konfrans keçiriləcək. Mərkəzdən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransa dövlət qurumlarının rəhbərləri, iqtisadçı-ekspertlər, QHT və KİV təmsilçiləri ilə yanaşı, beynəlxalq təşkilatlardan 50 nəfərə yaxın ekspert dəvətlidir.
Qeyd edək ki, qonaqlar arasında AŞ PA-nın 25 nəfər üzvü də var. Excelsior otelində baş tutacaq tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev “Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasıâ€� mövzusunda, sənaye və energetika naziri Natiq Əliyev “Azərbaycanın enerji siyasəti və beynaxalq iqtisadi əməkdaşlıqâ€� mövzusunda, Belçika parlamentinin üzvü İvan Sabbe “Gənc demokratiyaya Qərbin investisiya imkanları: Azərbaycan, Şərq və Qərb arasında kəsişməâ€� mövzusunda çıxışları nəzərdə tutulub.
Konfransda akademiklər Z. Səmədzadə, X.Yusifzadə, Asəf Nadirov və digər ekspertlərin çıxaları da planlaşdırılıb.
|