|
Bu gün İstanbulda Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası tərəfindən audit və mühasibat uçotunun tarixinə dair “Audit və keçmişdən bu günə kimi formalaşmış uçot mədəniyyətiâ€� mövzusunda 2-ci beynəlxalq Balkan və Yaxın Şərq ölkələri konfransı keçirilir. Konfransda 40 ölkədən 550-ə qədər iştirakçılar təmsil olunacaq. Tədbirə Azərbaycanı Auditorlar Palatasının sədri Vahid Novruzov təmsil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Auditorlar Palatasından veriblər.
Konfransın proqramına uyğun olaraq, sentyabrın 17-də İstanbul Hərbi Muzeyi və Mədəniyyət Mərkəzində keçiriləcək III plenar iclasda V.Novruzovun “Azərbaycanda audit mədəniyyətinin inkişaf mərhələləriâ€� mövzusunda məruzəsi dinləniləcək. Məruzədə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar və şəffaflığın artırılması sahəsində prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər barədə geniş məlumat əks olunub. Eyni zamanda sentyabrın 16-da keçiriləcək bölmə iclasına da Azərbaycan Auditorlar Palatasının sədri rəhbərlik edəcək.
|