|
“Qarabağâ€� bloku 100 dairədə namizəd irəli sürüb. Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadənin KƏLAMİNFO-ya verdiyi məlumata görə, partiyanın Ali Məclisi iki dəfə toplantı keçirib və sonda partiyanın namizədləri təsdiq olunub.
Seçki Məcəlləsinin tələblərinə görə, “Qarabağâ€� blokunda yer alan digər müttəfiq partiyalar da namizədlərini təsdiq etməlidir.
“Qarabağâ€� blokunun digər nümayəndəsi, ADP-nin sədri Sərdar Cəlaloğlu isə bildirib ki, blok həm MSK-ya, həm də ayrı-ayrı dairələrə lazım olan sənədləri hazırlayıb. “Biz həmin namizədlərə təqdim edəcəyik ki, dairələrə versinlər. Bundan sonra isə imza toplama kampaniyasına start veriləcəkâ€�,-deyə S.Cəlaloğlu əlavə edib.
|