|
Gəncə şəhərində “Çökək hamamâ€�ın maketi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə maketin müəllifi Arzu Əliyev məlumat verib.
Onun sözlərinə görə, 4 aya hazır olan maketə 1,5 kq mis, 200 qr gümüş və digər qiymətli metallar işlədilib. Təxminən 3 kq çəkisi olan fiqurun eni 11, uzunluğu 25, hündürlüyü isə 5 santimetrdir. Maketin qalınlığı 1, uzunluğu 3 millimetr olan 1500 ədəd mis “kərpiçâ€�lə hörülüb. Dam hissəsi isə mərmər və gümüş tozu ilə işlənib. A.Əliyev 2 il əvvəl Şah Abbas Məscidinin də maketini hazırlayıb. Bu maket isə 8 aya başa gəlib və buna 15 qram 583 əyarlı qızıl, 900 qram gümüş, 302 qram mis, sink və tunc işlənilib. Hazırda A.Əliyev şəhərdəki “Uğurlu bəy karvansarayıâ€� üzərində araşdırmalar aparır. A.Əliyev yaxın günlərdə karvansarayın maketi üzərində işə başlayacaq.
|