|
Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2010/2011-ci tədris ili üçün rus bölməsinə tələbə qəbulu elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Qəbul rus və roman- german filologiyası ixtisasları üzrə aparılır. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. Moskva Dövlət Universitetinin yaratdığı Qəbul Komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın cari ildə keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əlaâ€� və “yaxşıâ€� qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər.
|