|
Nəqliyyat Nazirliyində cari ilin oktyabr ayında Brüsseldə keçiriləcək investisiya forumu və TRASEKA Hökumətlərarası Komissiyasının 8-ci illik konfransında müzakirə olunacaq pilot layihələrlə bağlı müzakirələr aparılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya NN-dən veriblər.
“Qara dənizdə və Xəzər dənizində dəniz magistralları layihəsiâ€�nin ekspertləri Mişel Gueriot, Jan Tomczyk və Azər Tağıyev yük daşımalarının təkmilləşdirilməsi məqsədilə üç istiqamətdə irəli sürdükləri yeni pilot layihələrlə bağlı iştirakçılara məlumat verib.
Qeyd edək ki, bunlar Batumi – Bakı, Bakı – Aktau, Bakı – Türkmənbaşı istiqamətlərindəki yükdaşımaları əhatə edir.
|