|
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Avropa Birliyinin “Şərq tərəfdaşlığıâ€� proqramına həsr olunan Varşava Şərqi Avropa konfransında iştirak etmək üçün Polşaya səfərə gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DİP-in mətbuat xidmətindən veriblər.
“Biz hara gedirik? Post-kommunist və post-sovet ölkələri son 20 ildəâ€� mövzusunda keçiriləcək konfransda “Şərq tərəfdaşlığıâ€� proqramının birgə təşəbbüskarı kimi Polşanın rolu, bu layihənin reallaşmasında rəsmi Varşavanın öhdəlikləri, “Şərq tərəfdaşlığıâ€� ilə bağlı ehtimalların reallaşdırılması səviyyəsinin qiymətləndirilməsi, tərəfdaş ölkələrdən gözlənilən təşəbbüslər müzakirə olunacaq.
A.Mollazadə “Azərbaycanın son 20 ildə qət etdiyi məsafə və Şərq tərəfdaşlığı proqramında roluâ€� mövzusunda məruzə edəcək. Ölkəmizin post-sovet dönəmindəki vəziyyəti barədə məlumat verəcək, onun “Şərq tərəfdaşlığıâ€� proqramında iştirak perspektivlərinə və öhdəliklərinə, Avropa məkanına verə biləcəyi töhfələrə aydınlıq gətirəcək.
|