|
Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbuluna başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib.
O, qeyd edib ki, ərizə qəbulu internet vasitəsilə iyulun 8-dən avqustun 10-dək aparılır. “Abituriyentlər qeyd olunan müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini daxil etməklə qeydiyyatdan keçə və iş nömrəsi ilə şifr əldə edə bilərlər. Burada cari il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsiâ€� formasına daxil olur və onu doldururlar. Bundan sonra abituriyentlər tələb olunan sənədlərini TQDK-nın internet səhifəsində göstərilən müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim etməklə ərizələrini təsdiq etdirirlərâ€�-deyə, E.Nağızadə vurğulayıb.
|