|
Milli Məclis son vaxtlar bəzi KİV-lərdə “Yol hərəkəti haqqındaâ€� AR Qanununa və AR “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındaâ€� qanuna istinad edilərkən yanlışlıqlara yol verilməsi ilə bağlı açıqlama yayıb. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, qanunda nəzərdə tutulmadığı halda bəzi KİV-lər qeyd edirlər ki, guya avtobusların və minik avtomobillərinin arxa yan şüşələrinə pərdə və ya plyonka vurula bilər. Bu tam yanlış fikirdir. Belə bir hal qanunda nəzərdə tutulmayıb.
Əslində “Yol hərəkəti haqqındaâ€� Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındaâ€� Milli Məclisin 2010-cu il iyunun 22-də qəbul etdiyi qanun ilə “Yol hərəkəti haqqındaâ€� Qanunun “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısıâ€�nı əks etdirən 1 saylı Əlavəsinin VII bölməsinin 3-cü bəndinə aid Qeydin üçüncü cümləsində dəyişikliklər edilib. Dəyişikliklərdən sonra həmin cümlə bu cür səslənir: “Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.â€�
Nəqliyyat vasitələri sürücülərinin nəzərinə çatdırılır ki, cümlədəki “arxa şüşələrinəâ€� sözləri minik avtomobilinin yalnız arxa şüşəsini ifadə edir. Burada yan şüşələrdən söhbət getmir.
|