|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Coğrafiyaâ€� fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Gündəlik məsələ, 2009-cu il ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında “Coğrafiyaâ€� fənnindən istifadə olunmuş test tapşırıqlarının (A variantı 85-100) elmi-metodik və statistik təhlili olub. Çıxışlarda qeyd olunub ki, abituriyentlərə təqdim edilmiş test blokunda “Coğrafiyaâ€� fənninə kompleks yanaşılıb, onun müxtəlif aspektlərinə, mövzuların yeni, aktual istiqamətlərinə diqqət verilib.
Abituriyentlərin müxtəlif relevantlıq kateqoriyaları üzrə baza biliklərinə uyğun bilik və bacarıqları yoxlanılıb. Müzakirələr göstərib ki, təklif olunan test blokundakı test tapşırıqları “Qəbul Proqramıâ€� və orta məktəb dərslikləri əsasında tərtib edilib, elmi - metodiki xətalara yol verilməyib.
Test tapşırıqları abituriyentlərin hazırlıq səviyyələrini obyektiv qiymətləndirməyə imkan verib.
|