|
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Sosial nizam və demokratiyaâ€� mövzusunda konfrans keçiriləcək. Mərkəzin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransda Vaşinqton Universitetinin Siyasi İqtisad Mərkəzinin direktoru, professor Norman Skofild, Esseks Universitetinin İqtisadiyyat kafedrasının professoru Laurens Ezrou və Vilfrid Laurier Universitetinin Dövlət Qquruculuğu kafedrasının professoru Maria Qalleqo tərəfindən aparılmış tədqiqatların təqdimatı keçiriləcək.
Tədbirdə SAM-ın dəvəti ilə Azərbaycanda səfərdə olan və adları yuxarıda çəkilən amerikalı alimlər əsas məruzəçilər qismində çıxış edəcəklər.
Qeyd edək ki, professor Norman Skofild “Siyasi liderlərə siyasi dəstək: ABŞ, Türkiyə və Polşaâ€�, professor Laurens Ezrou “Vətəndaşlar və siyasi partiyalar: Seçki sistemlərinin siyasi təmsilçilikdə əhəmiyyətiâ€�, professor Maria Qalleqo isə “Hollandiya, Kanada və Böyük Britaniyada seçkilərin modelləşdirilməsiâ€� mövzularında təqdimatlar edəcəklər.
|