|
Bu gün Sumqayıtda “Elm, Təhsil, İnformasiya Texnologiyalarıâ€� Festivalı işə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər.
İki gün davam edəcək tədbirdə RİTN-nin, eləcə də digər dövlət qurumlarının əməkdaşları iştirak edəcəklər. Bundan əlavə festivala ali məktəblərin və İKT şirkətlərin nümayəndələrinin də qatılacağı gözlənilir. “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimiâ€�, “Dövlət idarəçiliyi yeni mərhələdə - elektron hökumətâ€�, “Xalq kompüteriâ€� layihəsi, “Təhsil müəssisələrinin idarə edilməsində İKT-nin roluâ€�, “Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələriâ€�, “İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində roluâ€�, “Tədrisdə yeni imkanlar. Dünya təcrübəsindən istifadəâ€� mövzularında məruzələr dinləniləcək.
Festivalın ikinci günündə “Gənc İnformatiklərâ€� müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Ali, orta-ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında keçirilən müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır.
|