|
İyunun 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək. Milli Məclisdən KƏLAMİNFO-ya bildiriblər ki, sessiyanın birinci günü qurumun bürosunun və siyasi komitəsinin yığıncağı keçiriləcəkr. İclaslarda Avropa Şurasının (AŞ) 2011-ci il büdcəsi və Assambleya bürosunun fəaliyyəti müzakirə olunacaq. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Makedoniya xarici işlər naziri Antonio Miloşoski hesabat verəcək, deputatların suallarını cavablandıracaq.
Sessiyada Almaniya və Maltadan insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək, “Şimali Qafqaz regionunda insan hüquqlarının pozulmasıâ€�, “Kosovoda vəziyyət və AŞ-ın roluâ€�, “Avropada rumınların vəziyyətiâ€� məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Sessiyada həmçinin “Avropada demokratiyanın vəziyyətiâ€�, “İqtisadi böhranın siyasi tərəfləriâ€�, “Avropada demokratiya: böhranlar və perspektivlərâ€�, “Azərbaycanda demokratik təsisatların fəaliyyətiâ€�, “Meşələr: planetimizin gələcəyiâ€�, “İslam. İslamizm və islamofobiyaâ€� və digər məsələlər müzakirə ediləcək.
|