Polşanın xarici işlər naziri Radoslav Sikorskinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, R.Sikorskin Bakıda Baş nazir Artur Rəsizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşlərdə ikitərəfli münasibətlər və regional proseslər müzakirə olunacaq.
Qeyd edək ki, R.Sikorskinin səfəri noyabrın 10-11-i tarixlərində baş tutacaq.
|