Noyabrın 6-da Azərbaycan tərəfdən Ukraynaya donuz qripi epidemiyası ilə bağlı humanitar yardım göndəriləcək. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk məlumat verib. Tənzif və dərman preparatlarından ibarət yük 20 ton həcmində olacaq və “Boinq 767” təyyarəsi ilə göndəriləcək.
Humanitar yardım prezident İlham Əliyevin göstərişi ilə göndərilir. Qeyd edək ki, Ukraynaya Polşa, Ruminiya, Gürcüstan və NATO ölkələri yardım göstərir.
|