Dünən yerli vaxtla 21.57-də Şamaxı şəhərindən 24 km cənub-qərbdə 12 ballıq cədvəl üzrə 3,5 bal gücündə zəlzələ olub. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, yeraltı təkanlar Şamaxı şəhərində 3 bala qədər, ətraf yaşayış məntəqələrində isə 2,5 bal gücündə hiss olunub.
Tələfat və dağıntı yoxdur.
|