|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 23-də “Azərbaycan diliâ€� fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. TQDK imtahan nəticələrini təhlil edərək “Azərbaycan diliâ€� imtahanında 12 və daha çox bal toplayan abituriyentlərin “məqbulâ€�la qiymətləndirilməsi barədə qərar qəbul edib. İmtahanda iştirak etmək hüququ olan 11042 abituriyentdən 214 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 9324 nəfəri qeyd olunan olunan müsabiqə şərtini ödəyib və “məqbulâ€� qiyməti alıblar. İmtahan qaydalarını pozduğuna görə 6 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub.
Abituriyentlərdən 2 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıblar. Bakı şəhərində keçirilən imtahanda abituriyentlərdən 1 nəfəri zal nəzarətçisindən ona kömək göstərilməsini tələb edib, rədd cavabı aldıqda isə nəzarətçini kobud şəkildə təhqir edib, imtahanın gedişinə mane olub. Həmin abituriyentin nəticəsi ləğv edilib və TQDK ona qarşı müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara müraciət edib. Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 18 nəfərin köçürməyə yol verdikləri aşkar edilib. Qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub. Bu imtahandan “qeyri-məqbulâ€� qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər cari il iyunun 20-də keçiriləcək növbəti “Azərbaycan diliâ€� imtahanında iştirak edə bilərlər. Xatırladaq ki, TQDK qeyd olunan imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan diliâ€� fənnindən keçirib.
|