|
İstanbulun topqapı xəzinəsi ilk dəfə olaraq Rusiyanın paytaxtı Moskvada nümayiş etdirilir. Kremlin muzeylərində “Osmanlı sultanlarının xəzinəsiâ€� adlı sərgi açılacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, qeyd olunan sərgi mayın 26-dan avqustun 15-dək isə, Rusiyanın Uspensk kilsəsinin sərgi salonunda və Patriarşı sarayının birqülləli palatasında nümayiş etdiriləcək.
Çoxillik tarixə malik “Kral və imperator xəzinələri Kremldəâ€� proqramının davamı olan sərgi Osmanlı sultanlarının zəngin xəzinəsi əsasında formalaşmış topqapı Sarayı Muzeyinin dünya şöhrətli ekspozisiyasını təqdim edəcək. Qonaqlara XVI-XVII əsrləri əhatə edən yüzdən çox eksponat, o cümlədən hakimiyyətin rəmzləri, döyüş və parad silahları, manuskript və miniatürlər, ərəb xəttatlığı nümunələri, sultanların, onların xanımları və övladlarının zinət əşyaları təqdim olunacaq. Qeyd edək ki, topqapı sarayı XV-XIX əsrlərdə Osmanlı İmperiyası sultanının iqamətgahı olub. 1923-cü ildə Türkiyə Cümhuriyyət elan edildikdən sonra birinci prezident Mustafa Kamal Atatürk sarayı muzey elan edib.
|