|
İnformasiya texnologiyaları sahəsində Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY tərəfindən müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi internet saytı “İlin ən yaxşı dövlət saytıâ€� nominasiyasında birinci yerə layiq görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Ümumilikdə müsabiqənin qalibləri 180 nəfərlik Münsiflər Heyətinin səsverməsi əsasında müəyyənləşib. NETTY 2010-un qalibləri Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günündə təntənəli mərasimlə rəsmi elan edilib.
|